Qvaramiya: Ölkədə seçkilər yenidən keçirilməlidir

229

Another advertisement

Ölkədə parlament seçkiləri ədalətli şəkildə baş tutmadı. Buna görə də,  yenidən keçirilməlidir”.

QafqazTürk Media xəbər verir ki, bu barədə müxalif “Dəyişikliklər Koalisiyası”nın başçılarından olan Nika Qvaramiya bildirib.

“Avropa Komissiyasının hesabatında heç nə təəccüblü deyil. Gürcüstan bu seçkilər və oxşar demokratik geriləmə şəraitində Avropa İttifaqı ilə yaxınlaşmağı sadə bir səbəbdən bacara bilməz – Avropa İttifaqının əsas sınaq məsələsi demokratiyadır. Gürcüstanda isə seçkilər ədalətli və azad şəkildə baş tutmadı.  Buna görə də, seçkilər yenidən keçirilməlidir” , – deyə Nika Qvaramiya ifadə edib.

Məlumat üçün bildirək ki, Avropa Komissiyasının dərc etdiyi genişlənmə hesabatında Gürcüstanın məhkəmə sistemi və fundamental hüquqlar sahəsində müəyyən bir hazırlıq səviyyəsinə malik olduğu, lakin hesabat dövründə geriləmə yaşandığı qeyd olunur. Hesabata əsasən, Gürcüstan Avropa İttifaqının doqquz addımda qeyd olunan tövsiyələrin əksəriyyətini, xüsusən də ədliyyə yüksək şurası, Ali Məhkəmə və Prokurorluqla bağlı tövsiyələri nəzərə almalıdır.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Müxalifət partiyaları fəaliyyət planını bu gün elan edəcəklər
Öncəki yazı
Prokurorluq Rövşən İskəndərov və daha bir nəfər barəsində ittiham irəli sürüb