This is a specific ad

Prokurorluq Rövşən İskəndərov və daha bir nəfər barəsində ittiham irəli sürüb

309

Another advertisement

Prokurorluq Marneulidəki 69 saylı seçki məntəqəsində bülletenləri qutuya atdığına görə həbs edilən Marneulinin bələdiyyə sədri müavini Rövşən İskəndərov və daha bir şəxsə qarşı ittiham irəli sürüb.

QafqazTürk Media xəbər verir ki, Prokurorluğun məlumatına görə, prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.

“Gürcüstan Prokurorluğu iki nəfərə qarşı seçki saxtakarlığına görə ittiham irəli sürüb. Daxili İşlər Nazirliyinin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri zamanı təqsirləndirilən şəxslər Marneuli №69-li seçki məntəqəsində seçkiləri saxtalaşdırmaq məqsədilə seçki qutusuna saxta bülletenlər atıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmənin qərarı əsasında oktyabrın 31-də təqsirləndirilən şəxsləri həbs ediblər. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 2 ilə qədər həbs nəzərdə tutan 164³ (Seçki saxtakarlığı) maddəsi ilə ittiham irəli sürülüb.

Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edəcək”, – məlumatda deyilir.

Sonrakı yazı
Qvaramiya: Ölkədə seçkilər yenidən keçirilməlidir
Öncəki yazı
რაში ხარჯავენ უცხოელი ვიზიტორები საქართველოში ყველაზე მეტ თანხას