This is a specific ad

Berlin müharibə başlayandan bəri Kiyevə ən böyük yardım paketini hazırlayır – ƏTRAFLI

77

Another advertisement

Berlin Kiyevə 2,7 milyard avroluq yeni hərbi yardım paketi hazırlayır.

QafqazTürk xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Xüsusilə paketə 30 Leopard tankı, 20 “Marder” piyada döyüş maşını, 4 zenit-raket kompleksi, zirehli texnika, nəqliyyat vasitələri, kəşfiyyat təyyarələri və sursat daxildir. Bu, Rusiyanın Ukraynaya qarşı müharibənin başlatmasından bəri Almaniyanın ən böyük yardım paketidir. Məlumatda qeyd edilir ki, hərbi yardım Kiyevin müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.

Der Spiegel” jurnalının məlumatına görə, paket son günlərdə nazirliklər və Federal Kansler ofisi arasında aparılan gizli danışıqlar əsasında razılaşdırılıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri NATO ölkələri Kiyevə milyardlarla dollarlıq hərbi, maliyyə və humanitar yardım edib. ABŞ Ukraynaya 70 milyard dollar, Böyük Britaniya təxminən on milyard, Almaniya isə yeddi milyarddan çox pul ayırıb.

Həmçinin bu həftə məlum olub ki, müttəfiqlər əks-hücum üçün Ukraynaya 575 tank və 28 təyyarə verib.

Sonrakı yazı
RBK: Rusiya ilə Gürcüstan arasında uçuşlar mayın 16-dan bərpa oluna bilər
Öncəki yazı
Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü