This is a specific ad

“Taliban”ın yeni fərmanı – qadınlar bir-birinin səsini eşitməsin

253

Another advertisement

“Taliban” Əfqanıstanda yeni fərman verib. Fəziləti təbliğ etmək və pislikləri aradan qaldırmaq naziri Məhəmməd Xalid Hənəfin əmrinə əsasən, qadınlar bir-birinin səsinə qulaq asmamalıdırlar.

QafqazTürk xəbər verir ki, Talibanın qərarının dəqiq təfərrüatları məlum olmasa da, əfqan hüquq müdafiəçiləri bunun qadınların bir-biri ilə danışmasını qadağan etmək mənasına gələ biləcəyindən ehtiyat edirlər.

Nazir audiomüraciətdə belə qeyd edib: “Hətta yetkin qadın namaz qılarkən, yanından başqa qadın keçsə belə, o, namaz qılmamalıdır ki, o biri qadın eşitməsin”.

Cəmi bir neçə gün əvvəl “Taliban” canlı məxluqların televiziyada görünməsini qadağan etdiyi üçün bu yeni fərman səs yazısı şəklində yayımlandı.

Taliban Əfqanıstanda hakimiyyəti bərpa etdikdən sonra qadınlara qarşı bir sıra sərt qanunlar və qaydalar tətbiq edildi: onlara üzlərini göstərmək, dərs oxumaq, gəzmək, evdə yüksək səslə danışmaq, hətta bir-biri ilə danışmaq qadağandır.

Talibanın fikrincə, bu qanunlara tabe olmayan qadınlar həbsxanaya düşəcək. “Taliban”ın ali lideri itaətsiz qadınların küçədə daşqalaq ediləcəyini bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
ჩვენ ყველაფერს გავაკეთებთ იმისთვის, რომ საქართველო დავაბრუნოთ ევროპულ რეალობაში, რომელიც ქართველმა ხალხმა შექმნა 26 ოქტომბრის ისტორიულ არჩევნებზე – თინა ბოკუჩავა
Öncəki yazı
გავანაწყენეთ ევროპელი ზოგიერთი პოლიტიკოსი იმით, რომ არ დავაწესეთ სანქციები, მაგრამ რა ვქნათ. სჯობს განაწყენდნენ სხვები, ვიდრე განაწყენდეს ქართველი ხალხი – პაპუაშვილი