Another advertisement
Nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir.
QafqazTürk Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin strateji nüvə qüvvələrin təlimində çıxışında bildirib.
Onun sözlərinə görə, strateji nüvə çəkindirici qüvvələrin təlimi zamanı raket buraxılışları məşqi işləniləcək.
Putin vurğulayıb ki, Rusiya strateji çəkindirmə qüvvələrini təkmilləşdirməyə davam edəcək, bunun üçün ölkənin resurslar var: “Rusiyanın strateji çəkindirici qüvvələri raket hücumundan müdafiə sistemləri ilə təchiz olunub. Nüvə triadası Rusiyanın suverenliyi və təhlükəsizliyinin etibarlı qarantı olaraq qalır”.
O, Rusiya silahlanma yarışına cəlb olunmağa hazırlaşmadığını da söyləyib.