This is a specific ad

Tbilisidə Türkiyə Cümhuriyyətinin ildönümünə həsr olunan rəsmi qəbul təşkil olunub

263

Another advertisement

Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə rəsmi qəbul təşkil olunub.

QafqazTürk Media xəbər verir ki, sözügedən rəsmi qəbul Türkiyə Cümhuriyyətinin 101- ci ildönümünə həsr olunub.

Rəsmi qəbul Gürcüstan və Türkiyə dövlət  himnlərinin səslənməsi ilə açıq elan edilib.

Bundan sonra Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti dinlənilib.

Türkiyə respublikasının Gürcüstandakı səfiri Ali Kaan Olbay çıxış edib.

Qeyd edək ki, rəsmi qəbulda Gürcüstan adına Parlament sədri Şalva Papuaşvili iştirak edərək xüsusi çıxış edib.

.

Rəsmi qəbulda müxtəlif dövlət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, həmçinin siyasətçilər, dünya ölkələrinin Tbilisidəki təmsilçiləri, icma nümayəndələri, o cümlədən Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media iştirak ediblər.

 

 

 

 

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Helsinki Komissiyası seçkilərlə bağlı bəyanat yayıb
Öncəki yazı
Aİ Gürcüstanla bağlı bəyanat yayıb