This is a specific ad

İsrail Fələstin Qaçqınlar Agentliyinin İsrail ərazisində fəaliyyətini qadağan edib

263

Another advertisement

İsrail parlamentinin üzvləri Fələstin Qaçqınlar Agentliyinin (UNRWA) İsrail ərazisində fəaliyyətini faktiki olaraq qadağan edən qanun layihəsini təsdiqləyiblər. Bu məsələ beynəlxalq ictimaiyyətin geniş etirazı ilə qarşılansada, layihə 10 əleyhinə 92 səslə təsdiqlənib.

QafqazTürk Media xəbər verir ki, İsrailin bildirdiyinə görə, Fələstin Qaçqınlar Agentliyinin əməkdaşlarının on faizindən çoxunun terrorla əlaqəsi var və təşkilatın tabeliyində olan təhsil ocaqları daim İsrailə qarşı nifrət yaradır.

Bu arada yerli media İsrail Müdafiə Qüvvələrinin HƏMAS-ın döyüş mərkəzlərinə və Fələstin Qaçqınlar Agentliyinin məktəblərində gizlənən döyüşçülərə dəfələrlə zərbələr endirib.

Qanun layihəsi təsdiq edilməzdən əvvəl BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən tənqid olunub, AB-nin ali nümayəndəsi Cozef Borrell isə qanunun “fəlakətli nəticələrə” səbəb olacağını vurğulayıb.

Qanun layihəsi ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin tənqidi cavablarına səbəb olub. Dövlətlər agentliyin Qəzza zolağına humanitar yardımın paylanmasında mühüm rol oynadığını etiraf ediblər.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
30 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
Ərdoğan İrakli Kobaxidzeni “Gürcü Arzusu” partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edib