This is a specific ad

Müxalifət seçkilərin yenidən keçirilməsini tələb edir

252

Another advertisement

“Bizim çox konkret bir tələbimiz var – seçkilər yenidən Beynəlxalq Seçki Administrasiyası tərəfindən keçirilsin”.

QafqazTürk Media xəbər verir ki, “Birlik-Milli Hərəkat”ın liderlərindən biri Qiorqi Vaşadze mitinqdə bildirib.

O, öz komandası adından planları ictimaiyyətə təqdim edib və qeyd edib ki, seçkilərin vaxtının dəyişdirilməsi məsələsindən başqa heç kimlə danışıqlara getmirlər.

“Komandamız adından qərarlarımızla bağlı konkret danışmaq istəyirəm. Siz də, biz də bu seçkiləri qeyri-legitim tanıyırıq, bu seçkilər legitim deyil!

Biz bu parlamentə girməyəcəyik, bütün mandatlardan imtina edib siyahıları bağlayacağıq!

Biz qalib gələnə qədər mübarizə aparacağıq və sizə söz veririk, mütləq birlikdə qalib gələcəyik!

Bu sözlərlə Qiorqi Vaşadze çıxışını tamamlayıb.

 

 

Sonrakı yazı
İsveç Gürcüstan hökuməti ilə birbaşa əməkdaşlığı dayandırdığını açıqladı
Öncəki yazı
Tbilisidə genişmiqyaslı aksiya davam edir