Another advertisement
Ölkə prezidenti müxalifət partiyalarının- “Axali”, “Birlik – Milli Hərəkat” və “Güclü Gürcüstan” partiyalarının üzvləri ilə görüşüb. Onlar bir müddət əvvəl Orbeliani sarayını tərk ediblər.
QafqazTürk Media xəbər verir ki, hazırda prezident qeyri-hökumət sektoru ilə görüş keçirir. Prezidentlə görüşə “Ədalətli Seçkilər” təşkilatının icraçı direktoru Nino Dolidze və “Transparency International – Georgia”nın icraçı direktoru Eka Qiqauri daxil olub.
Qeyd edək ki, bu gün axşam saat 21:00-da Salome Zurabişvilinin brifinqi gözlənilir.