Gürcüstanda Parlament seçkiləri artıq başa çatdı. Çətin keçən seçkilərdə Gürcü Arzusu Demokratik Gürcüstan Partiyası 52%-lə qalib gəldi.
Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunan səsvermənin nəticələrindən sonra ölkənin müxalif partiyaları brifinq keçirdilər.
Vahid Milli Hərəkat partiyasının sədri Tina Bokuçavanın açıqlamasına görə, Birlik Avropanın gələcəyini bərpa etmək üçün mübarizə aparacaq.
Müxalifət nümayəndələri brifinqdə seçki nəticələrini tanımadıqlarını, aksiyalar keçirəcəklərini və Gürcü Arzusu”nun müxalifətin bu seçkilərdə qalib gəldiyini tanımaq üçün əllərindən gəldiklərini edəcəklərini bəyan etdilər.
Vahid Milli Hərəkat partiyasının liderlərindən biri Qiorqi Vaşadze isə bildirir ki, partiya seçki nəticələrini tanımır və mübarizəni davam etdirəcəklər.
“Dəyişiklik Koalisiyasının lideri Nika Qvaramiya çıxışında seçki nəticələrini tanımadığını və bunun konstitusiya çevrilişi olduğunu bildirib.
” Güclü Gürcüstan”ın lideri Ana Dolidze isə qeyd edir ki, hər bir vətəndaşın səsini qorumaq üçün mübarizə aparacaqlar.
Qeyd edək ki,”Gürcüstan üçün Qaxaria” seçki nəticələrindən sonra hələ ki heç bir bəyanat yaymayıb.
Xatırladaq ki, MSK-nın ilkin nəticələrinə görə, parlament seçkilərində “Gürcü Arzusu Demokratik Gürcüstan” 53,028% (951 037 səs), İkinci yerdə 11,185% (200 604 səs) “Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Qirçi, Droa”dır. “Birlik – Milli Hərəkat” – 9852% (176,700); “Güclü Gürcüstan” – 9011% (161 603 səs); “Gürcüstan üçün Qaxaria” – 8,224% (147 487) səs toplayıb.