This is a specific ad

Azərbaycan və Ermənistan liderləri XİN rəhbərlərinə sülh sazişini tezliklə yekunlaşdırmağı tapşırıb

225

Another advertisement

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş zamanı qərara alınıb.

Həmçinin iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün təlimat verilib.

Kateqoriya: Dünya, Region, Siyasət
Sonrakı yazı
Rustavidə evdə baş verən yanğında bir nəfər yanaraq həyatını itirib
Öncəki yazı
Türkiyə Rusiya hərbi-sənaye kompleksinə Amerika elektronikasının tədarükünü əngəlləyib