Another advertisement
Rusiyanın cənubunda, Stavropol diyarında, rayon əhəmiyyətli şəhər Mineralnıye Vodıdan (Minvod) Gürcüstana birbaşa aviareyslər başlayacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Red Wings aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, ilk reys Oktyabrın 29-dan etibarən Tbilisiyə uçuş çərşənbə axşamı səhər və bazar günü günorta yerinə yetiriləcək. Noyabrın 2-dən etibarən isə şənbə günü səhər və cümə axşamı günortadan sonra təyyarələr Batumiyə uçacaq.
Şirkət Gürcüstana səyahətin birbaşa reyslərin açılmasından sonra ruslar arasında populyarlaşdığını qeyd edib.
Xatırladaq ki, Rusiyadan Gürcüstana birbaşa uçuşlar 2019-cu ildə dayandırılsada 2023-cü ildə bərpa edilib.