Çalkada baş verən yol qəzası nəticəsində 4 piyada ölüb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, Çalkadan Koda kəndi istiqamətində hərəkətdə olan “Ford” markalı avtomobil yaxınlıqda dayanmış iki avtomobildən düşən 4 vətəndaşla toqquşub.
“Cari il oktyabrın 24-də saat 02:00 radələrində Koda-Çalka-Ninoçminda avtomobil yolunun 67-ci kilometrliyində Çalkadan Koda kəndi istiqamətinə doğru hərəkət edən “Ford” markalı avtomobilin sürücüsü yolun kənarında dayanmış iki avtomobildən düşən 4 vətəndaşla toqquşub.
Toqquşma nəticəsində 3 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır. Cinayətdə təqsirləndirilən sürücü saxlanılıb”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.