This is a specific ad

Almaniyada 12 Gürcüstan vətəndaşı saxlanılıb

225

Another advertisement

Almaniyada keçirilən genişmiqyaslı xüsusi əməliyyat nəticəsində 12 Gürcüstan vətəndaşı kütləvi oğurluq və soyğunçuluq ittihamı ilə tutulub.

QafqazTürk Media xəbər verir ki, yerli KİV-in məlumatına görə, reydlər nəticəsində oğurlanmış əşyalarla dolu çoxlu bağlama aşkar edilib.

Alman mətbuatının məlumatına görə, Baden-Vürtemberq bölgəsində, Hamburq və Berlində ümumilikdə 6 obyektdə axtarış aparılıb, 12 nəfər saxlanılıb. Yerli polisin məlumatına görə, cinayət zəncirinin əsas obyekti Reutlingen şəhəri olub.

Reydlər iki yaşayış evi, üç anbar və bir əlavə obyektdə keçirilib və əməliyyatda 200-ə yaxın alman polisi iştirak edib.

İstintaqın məlumatına görə, yaşı 27-dən 54-ə qədər olan iki kişi və bir qadın olan Gürcüstan vətəndaşları Almaniyada qrup yaradaraq, digər gürcülərdən oğurlanmış əşyaları alıb, sonra onları İtaliya və Gürcüstana göndəriblər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Şalva Papuaşvili: Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir
Öncəki yazı
Mənzil qiymətlərində azalma müşahidə olunub