This is a specific ad

Neçə gündən bir duş almalıyıq? – 4 məqama diqqət

96

Another advertisement

Xüsusilə isti yay günlərində gündəlik duş almaq insanı rahatlaşdırır. Amma duş qəbul etmək hər zaman sağlamlıq baxımından faydalı hesab edilmir.

Əslində diqqət etməli olduğunuz bir neçə məqam var.

QafqazTürk.com saglamolun.az-a istinadən onları təqdim edir:

Dəriniz qurudur? – Xüsusilə quru və ekzemalı dəriniz varsa, hər gün duş qəbul etməsəniz daha yaxşı olar.

Çünki quru dərili insanlar duş qəbul edərkən dəri sağlamlığı üçün lazım olan üz yağlarını da itirirlər. Bu da dərinin daha da qurumasına və çatlamasına səbəb olur.

Əgər yağlı dəriniz varsa, gündəlik duş qəbul etmək daha yaxşı olar. Əks halda üzünüzdə yığılan kir və tər sızanaq kimi arzuolunmaz əlamətlərə səbəb ola bilər.

Gündəlik rejiminiz necədir? – Kondisionerli bir mühitdə işləyirsinizsə, tərdən və kirdən uzaq yaşayırsınızsa, hər gün duş qəbul etməyə ehtiyac yoxdur.

Əgər həyat tərziniz bir az daha aktiv və fiziki işləməyinizi tələb edirsə, hər gün duş qəbul etməyiniz məsləhətdir. Çünki dərinizdə yığılan kir və tər göbələk kimi bir çox xəstəliyə səbəb ola bilər.

Neçə yaşınız var? – Təəccüblüdür ki, nə qədər tez-tez duş aldığınızı təyin etmək üçün yaşınız da çox vacibdir. Yaşlandıqca insan dərisi elastikliyini itirir və nazikləşir.

Nəticə olaraq, əgər yaşınız böyükdürsə, isti və tez-tez duş qəbul etməkdən çəkinmək tövsiyə edilir.

Saç tipiniz nədir? – Bir qayda olaraq, yağlı saçlarınız varsa, daha tez-tez duş ala bilərsiniz. Saçınız quru tipdirsə, duş qəbulunu azaltmaq lazımdır.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Çavuşoğlu: “Cənab Kılıcdaroğlu, biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?!”
Öncəki yazı
Qan şəkərini tənzimləyir, immuniteti gücləndirir – Qara əncirin faydaları