This is a specific ad

Sabahın hava durumu açıqlanıb

309

Another advertisement

Oktyabrın 24-də isti hava fonunda Qərbi Gürcüstanın bəzi bölgələrində yağış yağacağı, Şərqi Gürcüstanda isə nisbətən isti və yağmursuz hava şəraiti gözlənilir.

QafqazTürk Media xəbər verir ki, oktyabrın 25-i günün ikinci yarısından oktyabrın 27-dək Gürcüstanda yağışlı hava şəraiti davam edəcək.

“Oktyabrın 24-25-də Tbilisidə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, oktyabrın 26-da isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): oktyabrın 24-də havanın isti və yağmursuz keçəcəyi, oktyabrın 25-26-da isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): oktyabrın 24-də havanın isti və yağmursuz keçəcəyi, oktyabrın 25-26-da isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): oktyabrın 24-də hava şəraitinin yağmursuz keçəcəyi, oktyabrın 25-26-da isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Mestia, Baxmaro): oktyabrın 24-də hava şəraitinin yağmursuz keçəcəyi, oktyabrın 25-26-da bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +3, +8 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): oktyabrın 24-də hava şəraitinin yağmursuz keçəcəyi, oktyabrın 25-26-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +11, +16 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Oktyabrın 24-də hava şəraitinin yağmursuz keçəcəyi, oktyabrın 25-26-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +11, +16 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): oktyabrın 24-də hava şəraitinin yağmursuz keçəcəyi, oktyabrın 25-26-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +8, +13 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): oktyabrın 24-də hava şəraitinin yağmursuz keçəcəyi, oktyabrın 25-26-da bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz 2-7 dərəcə isti təşkil edəcək”, – məlumatda bildirilir.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
მამუკა ხაზარაძე გპირდებათ 1000 ლარიან პენსიას და საშუალო ხელფასის გაორმაგებას. ამ დროს იცით რამდენია მის კუთვნილ ბანკში საშუალო ხელფასი? 850 ლარი – ზურაბ ქადაგიძე
Öncəki yazı
ტრამპი აშშ-ში არასრულწლოვანებისთვის სქესის შეცვლის ოპერაციის აკრძალვას გეგმავს