Ölkə prezidenti: “Tezliklə Aİ-yə daxil olacağıq”

18

Another advertisement

“Mən əminəm ki, biz üçümüz birlikdə, çox yaxında Aİ-yə daxil olacağıq”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Prezident Salome Zurabişvili “Formula”ya müsahibəsində Ukrayna və Moldova haqqında danışarkən deyib.

“Rusiya bu gün heç nəyə nail olmur. Ukraynada məqsədinə çatmır, lakin [müharibə] davam edir, Ukraynada 2 il və daha çox müddətdir ki, dəhşətli, faciəli məqamdır, amma fakt budur ki, Rusiya məqsədinə çatmayıb, baxmayaraq ki, rus ordusu ən güclü ordu hesab olunurdu. Moldovada Rusiya külli miqdarda pul xərcləməsinə baxmayaraq məqsədinə çatmadı və mən bir neçə həftə əvvəl Maia Sandu ilə danışdım, bir həftə əvvəl onunla ikinci dəfə danışdım. Böyük pullar xərcləndi, rusiyapərəst qüvvələr orada çox fəal idi, mövcud olan hər bir hibrid vasitədən istifadə olunurdu və buna baxmayaraq, bu qadın çətin şəraitdə dayanıb referendumda qalib gəldi və bu, böyük qələbədir. Əminəm ki, biz üçümüz birlikdə çox tezliklə Avropa İttifaqına daxil olacağıq”, – deyə prezident bildirib.

Kateqoriya: Cəmiyyət
Öncəki yazı
Turşuların orqanizmə zərərləri