This is a specific ad

Turşuların orqanizmə zərərləri

282

Another advertisement

Müxtəlif turşular yeməklərin ayrılmaz hissəsidir lakin turşuların çoxlu miqdarda qəbulu sağlamlıq üçün çox ziyanlıdır.

QafqazTürk Media turşuların orqanizmə əsas zərərlərini təqdim edir.

1.  Turşulara çoxlu miqdarda duz, müxtəlif ədviyyatlar və sirkə daxildir. Bu 3 inqrediyentin qidalanmada çox olması mədə-bağırsaq sisteminə olduqca mənfi təsir edir – selikli qişaları zədələyir, iltihab yaradır, xoraların əmələ gəlməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, xora vaxt keçdikcə xərçəngə çevrilə bilər.

3. Turşular iştahanı artırır və insan daha çox qida qəbul edir. Bu isə artıq çəkinin yığılmasına səbəb olur.

4. Duzun artıqlığı qaraciyər üçün çox təhlükəlidir. Bu qaraciyərdə fibroz proseslərinin (çapıqların əmələ gəlməsi) inkişafına səbəb olur. Qaraciyərin fibrozu vaxt keçdikcə sirroza gətirib çıxardır.

5.  Duz orqanizmdən kalsiumun yuyulmasına səbəb olur ki, nəticədə bizim sümüklərimiz daha zəif və kövrək olar. Bu yaşlı insanlar üçün xüsusilə təhlükəlidir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ölkə prezidenti: “Tezliklə Aİ-yə daxil olacağıq”
Öncəki yazı
Ölkədə ilk dərinsulu limanın tikintisinə başlanılıb