Rusiya FSB Moskva vilayətində yaşayan Gürcüstan vətəndaşını həbs edib.
QafqazTürk Media Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxs qanunsuz olaraq “TOZ-8” kiçik çaplı ov tüfəngi, “ИЖ-27”, 300-dən çox patron, РГД-5 əl qumbarası və 500 qramdan çox barıt saxlayıb.
Saxlanılan şəxsin “Abxaziya pasportu”nu saxtalaşdırdığı müəyyən edilib.
Məlumata görə, saxlanılan şəxsə qarşı odlu silah, döyüş sursatı və partlayıcı maddələrin qanunsuz saxlanması maddəsi ilə cinayət işi açılıb, lakin Rusiya mətbuatının yazdığı kimi, saxlanılan şəxs silah ticarətində də şübhəli bilinir.
Bundan əlavə, idarədən verilən məlumata görə, saxlanılan şəxs xarici vətəndaş tərəfindən Rusiya Federasiyasına giriş və qalma qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.
Saxlanılan şəxsin kimliyi məlum deyil.