Hökumət seçkilərdən bir gün əvvəli qeyri-iş günü elan edib

256

Another advertisement

Gürcüstan hökuməti seçkilərdən bir gün əvvəli – 25 oktyabrı qeyri-iş günü elan edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Hökumət Administrasiyası yayıb.

Məlumata əsasən, qərar Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında qəbul edilib.

“Hökumətin qərarına əsas kimi Mərkəzi Seçki Komissiyasının müraciəti göstərilib. Onların sözlərinə görə, seçki məntəqələri ümumtəhsil məktəblərində və uşaq bağçalarında yerləşdiyi üçün iş günlərində aparılan fəaliyyətlər seçki məntəqələrinin vaxtında qurulmasına mane ola bilər.

MSK izah edir ki, Gürcüstan parlamentinin növbəti seçkilərində seçki məntəqələrinin normal fəaliyyət göstərməsi üçün önəmli mərhələ seçki məntəqələrinin qurulmasıdır. Bu proses səsvermədən bir gün əvvəl baş verir və həmin gün seçki məntəqələrinə uyğun avadanlıq və texnika yerləşdirilir.

3031 seçki məntəqəsindən 483-ü uşaq bağçalarının binalarında, 1675-i ümumtəhsil məktəblərinin binalarında, 873-ü isə digər təyinatlı binalarda yerləşdirilib.

Seçki məntəqələrinin yerləşdiyi binalarda iş günlərində müxtəlif fəaliyyətlər həyata keçirildiyi üçün bu məntəqələrin vaxtında və sakit şəraitdə qurulmasına maneələr yarana bilər. Buna görə, 2024-cü il 25 oktyabr tarixinin qeyri-iş günü elan edilməsi tələb olunub”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bidzina İvanişvili ABŞ səfiri ilə bu tarixdə görüşəcək
Öncəki yazı
Piter Stano: Ümid edirik ki, Gürcüstan hökuməti ilə mükəmməl əməkdaşlığı yeniləmək mümkün olacaq