This is a specific ad

Brüsseldə görüşün proqramı açıqlandı

89

Another advertisement

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.

QafqazTürk xəbər verir ki, Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan liderlərinin sabah Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.

Bildirilib ki, görüş Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.

Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.

Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.

Kateqoriya: Region
Sonrakı yazı
Ərdoğan seçkilərdən sonra Azərbaycana səfər etmək niyyətindədir
Öncəki yazı
II İliya İlham Əliyevə məktub göndərdi