This is a specific ad

Sağlam arıqlamağa kömək edən 5 qida

200

Another advertisement

Bəzi qidalar  tərkibindəki maddələrin yağ yandırıcı olması xüsusiyyətini özündə daşıyır. Araşdırmalar göstərir ki, bu qidalar diyetoloqların pəhriz siyahısında əsas yerləri tutur.

QafqazTürk Media sözügedən 5 möcüzəvi qidanı təqdim edir:

  1. Qara paxla:  lif və protein baxımından olduqca zəngin olsa da, tərkibində yağ yoxdur. Onun tərkibindəki flavonid maddəsinin qarın bölgəsindəki yağların ərimə prosesini sürətləndirdiyi deyilir.
  2. Alma sirkəsi:  yağları yandıran ən məşhur vasitədir. Ancaq həddindən artıq istifadə etmək olmaz. Alma sirkəsini salatlara dad vermək üçün, yaxud hər səhər bir stəkan suya 1 çay qaşığı əlavə edərək içə bilərsiniz. O, yağ turşularını yandırdığı üçün bədənə yağ anbarı yığılmasına imkan vermir.
  3. Çərəzlər: Fındıq və meyvə quruları kalorili olmasına baxmayaraq, doymamış yağlardan ibarət olduğu üçün artıq çəki almağa qoymur. Əksinə toxluq hissi verdiyi üçün çox yeməyin qarşısını alır.
  4. Soyuq kartof: Salatlara qatılan kartoflar mayonez istifadə edilmədiyi halda isti kartofla müqayisədə daha az qlisemik indeksə sahib olur. Bu qida soyuduğu zaman içindəki liflər formasını dəyişdirir və daha rahat həzm olunan hala gəlir.
  5. Armud: Ən şirin və sulu armud olsa belə, liflə zəngin olduğu üçün kalori baxımından kasıbdır. Səhər və axşam yeməyindən əvvəl 1 ədəd armud yeyə bilərsiniz. Tərkibindəki antioksidantlar sayəsində qarın hissədə yığılan heyvan mənşəli yağların yanmasını sürətləndirir.
Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Dövlət kommunal ödənişləri nə vaxtdan və kim üçün maliyyələşdirəcək?-Təfərrüatlar
Öncəki yazı
Marneuli bələdiyyəsinin Sakrebulo sədri Amiran Qiorqadzenin rəhbərliyi ilə növbəti iclas keçirilib