This is a specific ad

Türkiyədən dünyada bir ilk – Foto

234

Another advertisement

Türkiyə dünyanın ilk alçaqdan uçan çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) istehsal edib.

QafqazTürk Media bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir ki, “TALAY” adlı PUA oktyabrın 22-26 -da nümayiş olunacaq.

Məlumata görə, bu texnika müdafiə və hücum funksiyalarına malikdir. Sözügedən PUA növü düşmən gəmilərini və dəniz kənarındakı obyektləri vurmaq, dəniz üzərində sürətli manevr və müdaxilə etmək üçün nəzərdə tutulub.

PUA sudan cəmi 30 santimetr yüksəklikdə uçmaq qabiliyyətinə malikdir və 150 metr hündürlüyə qədər qalxa bilir. Sürəti saatda 200 kilometrdir. Havada 3 saat qala bilən “TALAY” quruda da müəyyən məsafəyə aşağı hündürlükdə uça bilir. Həmçinin, 30 kiloqram yük daşımaq qabiliyyətinə malikdir.

Qeyd edilib ki, “TALAY”ın elektrikli modelinin də üç ay sonra hazır olacağı gözlənilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Benyamin Netanyahunun evinə pilotsuz təyyarə hücumu edilib
Öncəki yazı
İnstaqramda daha bir yenilik – Artıq bunu edə bilməyəcəksiniz