This is a specific ad

Portuqaliya parlamenti evtanaziya qanununu təsdiqləyib

84

Another advertisement

Portuqaliya Parlamenti beşinci cəhddə evtanaziya qanununu təsdiqləyib.

QafqazTürk xəbər verir ki, bu barədə “Deutsche Welle” yazır.

Sözügedən qanuna əsasən, sağalmaz xəstəlikləri olan fiziki ağrılardan əziyyət çəkən xəstələr həkimin köməyi ilə öz iradələri əsasında həyatlarına son qoymaq imkanı əldə edəcəklər.

Portuqaliya vətəndaşları və ya Portuqaliyada yaşayan 18 yaşdan yuxarı şəxslər qanundan istifadə etmək hüququna malik olacaqlar. Bununla belə, yuxarıda adı çəkilən qanun evtanaziya məqsədilə başqa ölkələrdən gələn xəstələr üçün nəzərdə tutulmur.

Sonrakı yazı
Nikol Paşinyan üçtərəfli görüşdə iştirak üçün Brüsselə yola düşüb
Öncəki yazı
Ukrayna ordusu Baxmutda yeni əraziləri işğaldan azad edib