Bayden Almaniyanın ən yüksək dövlət mükafatına layiq görülüb.
ABŞ prezidenti Co Bayden Almaniyanın ali dövlət mükafatı olan “Almaniyaya xidmətlərinə görə” Böyük Xaç ordeni ilə təltif edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Deutsche Welle məlumat yayıb.
Hazırda Almaniyada olan Bayden ordenlə Almaniya prezidenti Frank-Valter Ştayner tərəfindən təltif edilib. Mükafatlandırma mərasimi Berlində, Prezidentin iqamətgahında keçirilib.
Almaniya prezidenti çıxışında deyib ki, ABŞ ilə dostluq Almaniya üçün həm ölkənin təhlükəsizliyi, həm də demokratiya üçün “ekzistensial əhəmiyyətlidir”. Baydenin nailiyyətləri arasında Donald Trampın prezidentliyindən sonra transatlantik münasibətlərin bərpasını qeyd etmək olar.
Frank-Valter Ştaynmayer deyib: “Prezident olanda, demək olar ki, bir gecədə Avropaya transatlantik alyansa ümid verdiniz.
Ağ Evin verdiyi məlumata görə, görüşdə Bayden və Ştayner Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdə münaqişənin deeskalasiyası məsələlərini müzakirə ediblər.