Çox vaxt avtomobil sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnəndə ona müvafiq sms-məlumat göndərilmir, bəzən isə başqasına məxsus avtomobil haqqında məlumat göndərilir.
Hər iki hal mobil nömrənin vahid məlumat bazasında düzgün göstərilmədiyindən irəli gəlir və əlavə problemlərin qarşısını almaq üçün səhvi düzəltmək daha yaxşıdır.
QafqazTürk Media xəbər verir ki, Xidmət Agentliyinin açıqlamasına görə, vətəndaşın elektron məlumat bazasında olan mobil telefon nömrəsi haqqında məlumat almaq və onun düzəlişini, yenilənməsini, əlavə edilməsini və hətta bloklanmasını tələb etmək tam hüququ var.
Vətəndaş bunu ya xidmət orqanına gəlib müraciət etməklə, ya da uzaqdan yəni distant şəkildə telefon zəngi və ya ərizə vasitəsilə edə bilər.
Daha dəqiq desək, “Qaynar xətt” vasitəsilə telefon nömrəsini düzəliş etmək, yeniləmək, əlavə etmək, bloklamaq və ya silmək üçün vətəndaş xidmət agentliyinin qaynar xətti ilə əlaqə saxlamalı və onu müəyyən etmək üçün operatora məlumat verməlidir:
• ad, soyad, şəxsi nömrə, doğum tarixi;
• Mülkiyyətində olan nəqliyyat vasitəsinin dövlət nömrə nişanı, qeydiyyat şəhadətnaməsinin və ya şassinin son 4 simvolu/VIN kodu və ya onun adına verilmiş sürücülük vəsiqəsinin seriyası/nömrəsi, təyin olunmuş kateqoriya/alt kateqoriya;
• Məlumat bazasında qeydə alınmış mobil telefon nömrəsi.
Xidmət qurumundan bildirilir ki, vətəndaşın sözügedən mövzu ilə bağlı məlumatından sonra 15 gün ərzində qurum məlumatları düzəltməyə, yeniləməyə, əlavə etməyə, bloklamağa, silmək səbəbi barədə maraqlı şəxsə məlumat verməyə borcludur.