Qazaxıstan hələ BRİKS-ə üzv olmağı planlaşdırmır, baxmayaraq ki, ölkə prezidenti Qasım-Jomart Tokayev belə təkliflər alıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.
“Hazırda və çox güman ki, yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə ərizə verməkdən, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini nəzərə almaqdan çəkinəcək”, – Uali bildirib.
Onun sözlərinə görə, BRİKS-ə qoşulmaq təklifləri dövlət başçısı tərəfindən Qazaxıstanın milli maraqları baxımından nəzərdən keçirilib:
“Bununla belə, hələlik Tokayev BMT-yə bütün aktual beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və qeyri-alternativ təşkilat kimi baxır. Eyni zamanda, Qazaxıstan prezidenti BMT Təhlükəsizlik Şurasının BMT-yə üzv dövlətlərin geniş məsləhətləşmələri əsasında və orta güclərin maraqlarını nəzərə almaqla islahatının tərəfdarıdır, çünki onun fikrincə, bu qurum vacib və taleyüklü qərarlar qəbul etməklə bağlı öz səlahiyyətlərini itirib. BRİKS-ə gəlincə, Tokayev bu assosiasiyanın təkamülünü maraqla izləyir və blokun Rusiyada keçiriləcək sammitində iştirak etmək niyyətindədir”.