Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Belarus və Rusiya ilə dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığa dair Memorandumdan çıxması, eləcə də Rusiya ilə sərhəd məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sazişin ləğvi haqqında fərman imzalayıb.
Qafqaztürk xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında dərc olunan sənəddə deyilir.
“1994-cü il aprelin 15-də Moskvada bağlanmış Belarus Respublikası, Rusiya Federasiyası və Ukraynanın dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandumdan çıxılsın. 1994-cü il avqustun 3-də Odessada imzalanmış Ukrayna və Rusiya Federasiyası arasında sərhəd məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sazişə xitam verilsin. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir”, – sənəddə yazılıb.