Another advertisement
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimal hissəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində 45 terrorçunu zərərsizləşdirib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 2024-cü il yanvarın 1-dən indiyədək 2194 terrorçu öldürülüb.
Bildirilib ki, “Pence-kilid” əməliyyatı böyük əzmlə davam edir: İndiyədək ümumilikdə 3 min 94 mina və PUA məhv edilib, 1256 mağara və sığınacaq yararsız vəziyyətə salınıb, 937-si ağır silah olmaqla, 2 min 333 müxtəlif silah və bu silahların 881 min 445 sursatı ələ keçirilib.