This is a specific ad

Gürcüstan İstanbulda 3+3 formatında keçiriləcək toplantıda iştirak etməyəcək

242

Another advertisement

Gürcüstan oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə “3+3” platforması çərçivəsində keçiriləcək danışıqlarda təmsil olunmayacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Xeyr, biz İstanbulda keçiriləcək “3+3″ platformasının iclasına qatılmayacağıq. Gürcüstan çoxdan bəyan edib ki, göstərilən formatda fəaliyyət qurmur”, – deyə Gürcüstan XİN-in bəyanatında qeyd olunub.

Qeyd edək ki, “3+3” platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunsa da, hələ də onun işinə qoşulmayıb. Platformanın ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
UEFA Albaniyanı Gürcüstan himninin səsləndirilməsi zamanı azarkeşlərin fit çalmasına görə cərimələyib
Öncəki yazı
Rusiyaya sanksiyalar davam edir