Qəzzaya dəyən ziyanın həcmi açıqlanıb

233

Another advertisement

Dünya Bankı ötən ilin oktyabrından Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı 14-20 milyard dollar qiymətləndirib.

QafqazTürk Media xarici mətbuata istinadən  xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Acay Banqa qeyd edib.

Onun sözlərinə görə, Dünya Bankının BMT və Avropa İttifaqı ilə birgə apardığı cari hesablamalara görə, hazırda Fələstində maddi ziyan 14-20 milyard dollara yaxındır.

“Bu müharibənin iqtisadi ziyanı əsasən onun nə qədər yayılacağından asılıdır. Əgər yayılmasa, bu, çox güman ki, qlobal iqtisadi sistemə daha az ziyan vuracaq, çünki Qəzza və Fələstin qlobal iqtisadiyyata nisbətən az töhfə verir. Bölgədə yayılsa, tamam başqa problem olacaq. Çünki o zaman dünya iqtisadiyyatına həm dollarla, həm də metallar, neft və sair baxımından daha çox töhfə verən yerlərə gedəcək”.

Kateqoriya: Dünya, İqtisadiyyat
Sonrakı yazı
Xeyrindən çox, zərəri olan “Nimesil” – Nə vaxt istifadə olunmamalıdır?
Öncəki yazı
Baş Nazir – Prezidenti impiçment yolu ilə vəzifədən kənarlaşdıracağıq