Another advertisement
Bildiyimiz kimi UEFA Millətlər Liqasının 4-cü qrupunda Türkiyə yığması İslandiyanın qonağı oldu.
QafqazTürk Media xəbər verir ki, Tbilisi saatı ilə 22:45-də başlayan oyunda ilk hesab ev sahiblərinin xeyrinə olub.
62-ci dəqiqədə İrfan Can Kahveci Türkiyənin bərabərlik qoluna imza atıb.
Nəticə 1:1 olub.
Penaltıda Calhanoğlu hesabı 1:2 Türkiyənin xeyrinə çevirib.
83-cü dəqiqədə İslandiyalılar hesabı bərabərləşdiriblər.
88-ci dəqiqədə isə Türkiyə yığmasının göz bəbəyi Arda Gülər 3-cü qol sevincini yaşadıb.
90+4 Kərəm fərqi artırıb.
Beləliklə, 2:4 hesabla oyun başa çatıb.
Bununla da Türkiyə millisi tarixi qələbəyə imza atıb.
Bu oyunadək Türkiyə heç vaxt səfərdə İslandiyaya qalib gələ bilməyib.
Elə ona görə deyirik ki, ilklər unudulmur!