Another advertisement
“Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır.”
QafqazTürk APA.az -a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Gürcüstanla diplomatik münasibətlərin bərpası perspektivləri ilə bağlı sualı cavablandıran Peskov tələsməməyi tövsiyə edib: “Uzağa qaçmağa dəyməz. Bu, ilk növbədə humanitar qərardır”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə fərman imzalayıb. Fərmanda Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşlara qoyulan qadağa da aradan götürülüb.