Another advertisement
Mövcud məlumata əsasən, hazırda Gürcüstanda qumar oyunlarına təxminən 1 milyon insan cəlb olunub.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Analar qumara qarşı” qeyri-hökumət təşkilatının rəhbəri Tamar Caparidze deyib.
“Oyunçuların etdikləri mərclə birlikdə şirkətlərin ümumi dövriyyəsi 64,5 milyard lari təşkil edir. Bunun yalnız 20 milyonu əcnəbi qonaqların, qalanı isə yerli sakinlərin mərcləridir. Bu dövriyyənin artdığını görəndə biz Maliyyə və Büdcə Komitəsinin iclasında da, Maliyyə Nazirliyində də bu məsələni qaldırdıq. Məhz o zaman “Maniveli” beynəlxalq təşkilatı Maliyyə Nazirliyinə çirkli pulların yuyulması risklərinə qarşı qanun layihəsi hazırlamağı tövsiyə etdi”, – deyə Caparidze qeyd edib.