This is a specific ad

Yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

276

Another advertisement

Kaxetidə yol-nəqliyyat hadisəsi baş verib.

QafqazTürk Media xəbər verir ki, hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Qəza bir müddət öncə Qurcaani bələdiyyəsinin Vaçnadzyan kəndində baş verib.

Yerli sakinlərin verdiyi məlumata görə, “Honda” markalı avtomobilin sürücüsü döngədə sükanı idarə edə bilməyib və yerli sakinlərdən birinin həyətinə girib. Orada iki qadını vurub, nəticədə onların hər ikisi ölüb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər edilib.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
“Biz seçkilərdə qələbəyə hazırlaşacağıq, müxalifət isə…”-İrakli Kobaxidze
Öncəki yazı
Norveç Livandakı diplomatlarını təxliyə edir