This is a specific ad

Qafqaz dağlarında “Brokken kabusu” peyda oldu

326

Another advertisement

Rusiyanın Qırmızı Polyana kurortunda qeyri-adi hadisə baş verib.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadla xəbər verir ki, turistlər nadir optik illüziya olan “Brokken kabusu”nu qeydə ala biliblər.

Sözügedən təbiət hadisəsi buludların içərisindən keçən işığın müşahidəçinin kölgəsini onların üzərinə proyeksiya etməsi nəticəsində baş verir. Nəticədə dağlarda nəhəng siluet peyda olur və çox vaxt başının ətrafında halə ilə müşayiət olunur.

Məlumata əsasən, bu təbiət hadisəsi Almaniyada Brokken dağının zirvəsində bu cür hadisələr tez-tez baş verdiyindən belə adlandırılıb.  Statistikaya görə, Qafqaz dağlarında da bu cür “kabuslar” müşahidə olunur, lakin bu çox nadir hallarda baş verir.

Tarixə nəzər salsaq, ilk dəfə belə hadisə haqqında 1780-ci ildə alman təbiətşünası Yohann Zilis qeydlər aparmışdır. O, səhər tezdən Brokken dağına qalxarkən buludlar arasında öz kölgəsini və başının ətrafında parıltını görmüşdü.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Norveç Livandakı diplomatlarını təxliyə edir
Öncəki yazı
Şəkər beyin neyronları üçün yağlardan daha təhlükəlidir