This is a specific ad

Qardabanidə kişi bacısı qızının oğlu ilə birgə həyat yoldaşını öldürməyə cəhd edib

502

Another advertisement

Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək, təqsirləndirilən şəxsləri Vaxtanqisi kəndində ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhddə təqsirli bilib.

“Məhkəmə prosesində tədqiq edilən sübutlarla təsdiq edilib ki, yanvarın 21-də Qardabani bələdiyyəsinin Vaxtanqisi kəndində təqsirləndirilən şəxs bacısı qızının oğlu ilə birgə öz həyat yoldaşının kürəyindən bıçaqla xəsarət yetirməsi faktını təsdiqləyib.

Təcili tibbi yardım göstərilməsi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxslər ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhddə ittiham olunublar.

Rustavi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə ailə üzvünə qarşı adam öldürməyə cəhd ittihamı üzrə tam təqsirli bilib və 17 il, təqsirləndirilən şəxsin qohumu isə ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhddə köməklik göstərdiyinə görə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Diqqət! Birinci Rustavi ikinci isə Marneulidir- Statistika
Öncəki yazı
Gürcüstan-Ukrayna matçı Ukraynanın xeyrinə başa çatıb