Xolesterin insan orqanizmi üçün vacib olan maddədir. Xolesterin bütün hüceyrələrin qışalarına (membran), sinir toxumasına daxildir və bir çox hormonların sintezi üçün lazımdır. Lakin qanda xolesterinin səviyyəsi normadan artıq olduqda, bu çox təhlükəli sayılır. Məsələ burasındadır ki, artıq xolesterin damarlarda yığılır, damarları daraldır, onların elastikliyini azaldır, damarlarda iltihabın inkişafına səbəb olur.
QafqazTürk Media xəbər verir ki, xolesterini azaldan məhsullar siyahısına ilk növbədə yağlı balıqlar daxildir. Məsələn, skumbriya, qızılbalıq, koho qızılbalığı, ümumiyyətlə, tərkibində çoxlu omeqa-3 turşusu olan bütün dəniz balıqları.
Bununla yanaşı, mütəxəssislər çaytikanı yağını da tövsiyyə edirlər, tərkibində omeqa-7 turşuları var ki, bu da orqanizmdə xolesterin səviyyəsini aşağı salan antiinflamatuar sitokinlər istehsal etməyə kömək edir.
Qanda xolesterini aşağı salmaqda kələm də effektiv rol oynayır. Məhz onun tərkibində bağırsaqlarda yağların aktiv şəkildə udulmasına mane olan lif var, bunun nəticəsində daha az xolesterin əmələ gəlir.