Marneuli bələdiyyəsində 2024-cü il kəndlərə dəstək proqramı çərçivəsində aşağıdakı istiqamətləri əhatə edən 74 layihə uğurla başa çatdırılmışdır:
* Xarici işıqlandırma quraşdırılması – 23 layihə
* Yolların bərpası – 23 layihə
* Sərnişinlər üçün gözləmə otaqları – 2 layihə
* Qəbiristanlıqların hasarlanması – 3 layihə
* Uşaq meydançaları – 18 layihə
* Məktəbin həyətinin hasarlanması – 1 layihə
* Suvarma kanallarının bərpası – 4 layihə
ℹ️2024-cü ildə Gürcüstan hökumətinin qərarına əsasən, qeyd olunan proqram çərçivəsində Gürcüstanın regionlarında həyata keçiriləcək layihələrin fondundan Marneuli bələdiyyəsinə 1 milyon 232 min lari ayrılıb, ona yerli büdcədən 395 min 670 lari əlavə edilib və cəmi 1.627.670 lari olub.
🎯 Layihənin məqsədi əhalinin tələbatına uyğun olaraq kəndlərdə infrastrukturun yaxşılaşdırılmasıdır.