Lukoşenko: Gürcüstan MDB-yə qayıtsa, çox yaxşı olar

245

Another advertisement

“Gürcüstan bizim ailəmizə, MDB-yə qayıtsa, çox yaxşı olar”

QafqazTürk Media xəbər verir ki, bu barədə Belarus prezidenti  Aleksandr Lukoşenko Moskvada keçirilən sammitdə bildirib.

O, “MDB ailəsi”ni bərpa etmək istədiyini bildirib və bu kontekstdə Gürcüstandan danışıb:

Lukoşenko qeyd edib ki,

“Gürcüstan MBD-ə  qayıtsa, Moldova tam iştirakını bərpa etsə və Ukrayna hökuməti özünə gəlsə, çox yaxşı olar və biz normal həyatın bərpasında iştirak etməli olarıq. Bunun baş verəcəyinə tam əminəm. Bu, sadəcə, zaman məsələsidir”

Məlumat üçün bildirək ki, Gürcüstan 2008-ci il müharibəsindən sonra MDB-dən çıxmaq qərarına gəlib. 18 avqust 2009-cu ildə üzvlük rəsmi olaraq dayandırılıb

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneuli bələdiyyəsində 2024-cü il kəndə dəstək proqramı çərçivəsində 74 layihə uğurla başa çatdırılıb-Daha detallı
Öncəki yazı
Bu ölkədə “TikTok”u uşaqların psixikasına zərər verməkdə ittiham ediblər