Another advertisement
Azərbaycan Milli Məclisinin deputatları ölkənin xarici işlər naziri Ceyhun Bayramova ABŞ-la bağlanmış müqavilələrin ləğvi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) layihələrinin dayandırılması ilə bağlı müraciət ediblər.
QafqazTürk Media xəbər verir ki, bumunla bağlı Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova çıxış edib.
“Azərbaycan müstəqil daxili və xarici siyasət aparan, ərazi bütövlüyünü və suverenliyini öz qüvvələri ilə təmin edən ölkədir”, – Cəfərova bildirib.
O, prezident İlham Əliyevin “Heç kim Azərbaycana heç nə diktə edə, ölkənin daxili işlərinə qarışa bilməz” sözlərini də sitat gətirib.