Another advertisement
Fransa 2025-ci ilin birinci rübündə Ukraynaya “Mirage 2000” qırıcıları verəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu X sosial şəbəkəsində məlumat yayıb.
“Mirage 2000″in Ukraynaya şatdırılması 2025-ci ilin birinci rübündə planlaşdırılır”, – deyə Lekornu yazıb.
Onun sözlərinə görə, Kazo və Jironda şəhərlərindəki təyyarələr əvvəlcə yeni hava-yer və antiradioelektron avadanlıqlarla təchiz olunacaq, sonra isə Ukraynaya təhvil veriləcək.