Another advertisement
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndələrini qəbul edib.
QafqazTürk Media xəbər verir ki, İclasda istintaq xidmətinin rəhbərləri agentliyin fəaliyyət istiqamətləri və səlahiyyətlərinə aid olan digər mühüm məsələlərlə bağlı azərbaycanlı həmkarlarına ətraflı məlumat veriblər.
Tərəflər maliyyə və iqtisadi cinayətlərə qarşı mübarizədə və peşəkar əməkdaşlığın daha da dərinləşdirilməsində iki ölkənin üzləşdiyi çətinlikləri müzakirə ediblər. Tərəflər müvafiq fəaliyyətin əsas istiqamətləri barədə razılığa gəliblər.