Another advertisement
Ölkədə banan idxalı 17% artıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Məlumata əsasən, cari ilin yanvar-avqust aylarında Gürcüstan 27,3 milyon ABŞ dolları dəyərində 32,4 min ton banan alıb. Əvvəlki ilin analoji dövründə 26,8 min dollar dəyərində məhsul alınıb ki, bu da 23,3 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, banan Gürcüstana əsasən Ekvadordan gətirilir. Bu il banan idxalında Ekvadorun payı 95% təşkil edir. Daha dəqiq desək, sözügedən ölkədən 25,9 milyon ABŞ dolları dəyərində 30,7 min dollarlıq banan idxal edilib.