Müəllimlik müqəddəs bir sənətdir həyatda,
Müəllimin hər sözü həqiqətdir həyatda.
5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür.
“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.
Bu sözləri Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev deyib.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim adına layiq olan, müəllim adını daim uca tutan zəhmətkeş insanları təbrik edirik.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Müəllim özünü yandıran və başqalarına işıq verən lampaya bənzəyir.
Müəllim bağban kimidir. Ən gözəl çiçəkləri yetişdirir. Şikayət etmədən, yorulmadan onları qidalandırır, işıqlandırır və sulayır.
Biz- Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media ailəsi olaraq bütün müəllimləri səmimi qəlbdən təbrik edir, onlara cansağlığı və uzun ömür arzulayırıq.
Müəllim olan yerdə nə lazım günəş,
Onsuz da günəşdir, özü müəllimin.