This is a specific ad

Tbilisi-Saqareco magistral yolu açılıb

253

Another advertisement

Kaxetidə Tbilisi-Saqareco magistral avtomobil  yolunun 35 km-lik hissəsinin açılışı baş tutub.

QafqazTürk Media xəbər verir ki, açılış mərasimində Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, avtomobil yolları departamentinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.

“Bu gün biz Tbilisidən Saqarecoya gedən yolu əhatə edən 4 zolaqlı magistralın 85 km-lik hissəsindən 35 km-lik hissəsini açırıq. Magistral yol nəqliyyat imkanlarını üç dəfə artıracaq. Bu yol həm də beynəlxalq tranzit dəhlizinin bir hissəsidir ki, bu da onun əhəmiyyətini artırır. Magistral yolun bütün hissələri tamamlandıqdan sonra Tbilisidən Telaviyə yol sadəcə 1 saat 20 dəqiqə çəkəcək. Hazırda Gürcüstan ərazisində avtomobil nəqliyyatı tərəfindən 341 km avtomobil yolu istifadə olunur. Rikoti yolu tamamlanma mərhələsindədir, Kuşeti-Kobi tunelinin kəsilməsi başa çatıb”, – deyə Kobaxidze qeyd edib.

 

Kateqoriya: Region
Sonrakı yazı
İnsan alveri ilə məşğul olan 13 nəfər saxlanılıb
Öncəki yazı
ABŞ və Böyük Britaniya “husi”lərin mövqelərinə zərbə endirib