This is a specific ad

ABŞ və Böyük Britaniya “husi”lərin mövqelərinə zərbə endirib

182

Another advertisement

ABŞ və Böyük Britaniya yəmənli “husi”lərin mövqelərinə onlarla zərbə endirib.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Associated Press” yüksək rütbəli amerikalı məmurlara əsaslanaraq məlumat dərc edir.

Onların məlumatlarına görə, zərbələrin hədəfi “husilər”in istifadə etdiyi silah sistemləri, bazalar və digər texnika olub. Mənbələrin bildirdiyinə görə, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri və gəmiləri təxminən beş yerdə “husilər”in möhkəmləndirilmiş nöqtələrini bombalayırdı.

Məlumat üçün bildirək ki, indiyədək “Husilər”in nəzarətində olan KİV-lər Hudeydə şəhərinin hava limanına və “Husilərin” nəzarətində olan hərbi bazanın yerləşdiyi Qateib bölgəsinə 7 zərbə endirilməsi barədə məlumat yayıb. Daha dörd zərbə paytaxt Sənanın Seyani rayonunda, daha ikisi isə Dhamar əyalətində həyata keçirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisi-Saqareco magistral yolu açılıb
Öncəki yazı
Yor Muğanlıda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan uşaq bağçası istifadəyə verilib