This is a specific ad

Saakaşvili: Putin Tbilisiyə qoşun gətirmək üçün zəmin hazırlayır

31

Another advertisement

“Putin viza rejimini ləğv etməklə və uçuşları bərpa etməklə Tbilisiyə qoşun gətirmək üçün zəmin hazırlayır.” – QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bu gün sosial şəbəkədə məlumat yayıb.

“Gürcüstanda Putini məndən yaxşı tanıyan yoxdur. Dünənki addımı ilə o, gürcülərin rəğbətini qazanmağa yox, Tbilisiyə ordu yeritməyə zəmin hazırlayır. 2008-ci ildə Gürcüstanı işğal edə bilmədiyi üçün O, hələ də məni və gürcü xalqını bağışlamayıb.

Təbii ki, o, Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərarı gözləməyəcək, əksinə daha sürətli hərəkət edəcək. Ona görə də indi bütün cəmiyyət buna qarşı birliy nümayiş etdirməlidir ki, Putin, görsün ki, o Gürcüstana asan gələ bilməz”,- deyə Saakaşvili bildirib.

Sonrakı yazı
Marneulidə 5 ay ərzində it dişləməsi ilə bağlı 337 hal qeydə alınıb
Öncəki yazı
Ermənistan təyyarəsinə Dubaya eniş icazəsi verilməyib