This is a specific ad

Gürcüstanda 17 may tarixi qeyri-iş günü elan edilib

313

Another advertisement

“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanuna əsasən, mayın 17-si qanunla ailə müqəddəsliyi və valideynlərə hörmət günü kimi təsis edilib və istirahət günü elan edilib.

QafqazTürk Media xəbər verir ki, hakim partiyanın məlumatına görə, sözügedən qanunun məqsədi qadın və kişi birliyinə əsaslanan ailə dəyərlərinin qorunması və yetkinlik yaşına çatmayanların müdafiəsi mexanizmlərini gücləndirməkdir.

“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu parlamentin sədri Şalva Papuaşvili imzalayıb.

Onun sosial şəbəkədə dərc etdiyi bəyanatda qeyd etdiyinə görə, bu gün Gürcüstan Konstitusiyasına əsasən, o, Salome Zurabişvilinin imzalamadığı “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıb.

“Mənim üçün bu qanunu imzalamaq ən legitim imzadır. Bu imza arxasında həm millət, həm də din dayanır”, – Papuaşvili Facebook-da yazıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
KİV-Çxinvalidə hərbi baza üçün Rusiyaya torpaq verilə bilər
Öncəki yazı
Niyə məhz riyaziyyatçılara Nobel mükafatı verilmir?