This is a specific ad

Niyə məhz riyaziyyatçılara Nobel mükafatı verilmir?

273

Another advertisement

Niyə məhz riyaziyyatçılara Nobel mükafatı verilmir?

Bunu bilirdinizmi?

Bu barədə bir neçə fikir mövcuddur:

Riyaziyyatın Nobel kimi bir mükafatdan məhrum olmasında da jurnalistləri günahkar bilirlər.

İlk dəfə bir qəzet tərəfindən ortaya atılan iddiaya görə, Alfred Nobelin özündən yaşca çox gənc olan arvadının bir sevgilisi var imiş və o da ixtisasca riyaziyyatçı imiş. Deyilənə görə, ixtiyar adam bunu öyrənincə Nobel mükafatının riyaziyyat sahəsinə verilməsini istəməyib.

Qeyd edək ki, bu ən çox yayılmış versiya olaraq tanınır.

Belə bir versiya da mövcuddur ki, Nobel riyaziyyatı elm olaraq ciddiyə almırmış.

Onun kimi hərtərəfli, savadlı bir insanın, dinamiti kəşf edən birinin belə düşünə bilməsi mümkün olan şey deyil.

Nisbətən ağılabatan variant, İsveç riyaziyyatçısı Mittaq-Leflerlə bağlıdır. Nobelin məhşur riyaziyyatçıya qarşı səbəbi bilinməyən bir antipatiyası olub və əgər Nobel mükafatı riyaziyyat sahəsində verilmiş olsaydı, ilk mükafata da elə Mittaq-Lefler layiq görüləcəkdi. Onun qarşısını kəsmək üçün də Alfred Nobel riyaziyyatla bağlı belə ədalətsiz qərar verib.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Gürcüstanda 17 may tarixi qeyri-iş günü elan edilib
Öncəki yazı
İsraildən Suriyadakı Rusiyaya məxsus aviabazanın yaxınlığına hücum